IQNA

İran qariləri Misirin Beynəlxalq Quran Yarışlarına dəvət olunmadı

23:33 - March 13, 2016
Xəbər sayı: 3480276
Tehran, 13.03.2016 – İran, Qətər və Türkiyənin qariləri Misirdə keçiriləcək beynəlxalq Quran yarışlarına dəvət olunmadı. Səbəb isə bu üç dövlətin Misirə qarşı düşmən mövqedə dayanması göstərilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əş-şüruq" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İran İslam Resbulikası, Qətər və Türkiyə cümhuriyyətinin Quran qariləri Misirdə keçiriləcək 23-cü beynəlxalq Quran yarışlarına dəvət olunmadı. Səbəb kimi isə bu üç dövlətin Misirə qarşı düşmən mövqedə dayanması göstərilib.

ƏŞ-ŞÜRUQ xəbər portalının məlumatında bildirilir ki, Misirin Dini İşlər İdarəsi və Vəqflər Nazirliyi tam siyasi bir addımda ataraq İran, Türkiyə və Qətər nümayəndələrinin bu ölkənin beynəlxalq Quran yarışlarına qatılmasına icazə verməyib.

Halbuki İranın beynəlxalq Quran yarışlarında Misirli qarilər həm yarış iştirakçısı və həm də hakimlər heyətinə üzv olaraq həmişə dəvət olunublar və İran heç vaxt siyasi məsələləri Quran yarışlarına qatışdırmayıb.

Misirin Quran yarışlarına dəvət olunmuş 70 ölkədən 41 ölkənin Quran qariləri və hafizləri qatılacaqlar. Yarışlar cari ilin Aprel ayında Şərm-şeyx şəhərində keçiriləcəkdir.

Yarışların hakimlər heyətini Küveyt, Ərəbistan, BƏƏ, Senegal və Sudan qariləri təşkil edəcəkdir.

Türkiyə və Qətərin bu yarışlardan kənarlaşdırma səbəbi bu iki ölkənin "ixvanul-müslimin" hərəkatını himayə etmələri olub.

Bu xəbər portalı əlavə edib ki, adı çəkilən 3 dövlət Aprel ayında Misirdə keçiriləcək müsəlman ölkələrin alim və müftilər toplantısına da dəvət olunmayacaqlar.

Teqlər: quran ، misr ، quran yarışları ، iqna
captcha