Tehran, 24.03.2016 – BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhməd Yəməndə aprel ayının 10-dan atəşkəs olacağını bildirib.
İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.az-a istinadla xəbər verir ki, O həmçinin aprelin 18-dən Yəməndəki müharibə tərəfləri arasında Kuveytdə sülh danışıqları aparalıcağını elan edib.
Məlumata görə, BMT-nin nümayəndəsi deyib ki, bütün tərəflər sülh danışıqlarının Kuveytdə keçirilməsi haqqında razılığa gəliblər.
Qeyd edək ki, Yəməndəki tərəflər arasındasülh danışıqları bundan öncə iki dəfəİsveçrədə aparılıb və danışıqlarda heç bir nəticə əldə olunmayıb.