IQNA

Əlcəzayirdə həcc mərasiminə boykot kompaniyasına başlanılıb

13:36 - March 24, 2016
Xəbər sayı: 3480290
Tehran, 24.03.2016 - Əlcəzayirdə 2016-cı ilin Həcc mərasiminə boykot məqsədi ilə siyasi xarakterli kompaniyaya başlanılıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Əl-Aləm" peyk telekanalının xəbər və informasiya portalına istinadla verdiyi məlumata görə, "Ekspersion" və " Beladi" kimi qəzetlər də artıq sosial şəbəkələrdə başlanılmış həcc mərasiminə boykot kompaniyasına qatılıblar. Bu kompaniya cari il üçün həcc mərasiminin boykot edilməsini qarşıya məqsəd qoyur.

Bu kompaniyaya səbəb kimi, Səudiyyə Ərəbistanının hacıların canını mühafizəyə laqeyd yanaşması göstərilir. Ötən həcc mərasimində bu laqeydlik nəticəsində yüzlərlə hacı çox dəhşətli şəkildə həyatənə itirdi.

Rayəl-yom qəzetinin yazdığına görə, bu kompaniyanın başladılmasında siyasi məsələlərin də rolu olub, Səudiyyə Ərəbistanının ərəb ölkələri , o sıradan da Suriya və Yəmənə müdaxiləsi sözü gedən kompaniyanın aparılmasının əsas səbəblərindən biri kimi qeyd olunur. Həmçinin Əlcəzayir ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin soyuqlaşması da bu kompaniyaya gətirib-çıxaran digər amillərdən biridir. Beladi qəzeti iki ölkə arasında Hizbullah, Suriya, Yəmən və Liviya barədə fikir ixtilaflarını xatırladıb.

Səudiyyə Ərəbistanının hacıların canına önəm verməsinədək həcc mərasiminin boykot edilməsinə bu ilk çağırış hesab olunur.

Ötən həcc mərasimində Menada baş verən faciə nəticəsində yüzlərlə hacı həlak oldu, həmin hadisənin səbəbi Cəmərata gedən yolun bağlanılması imiş. Bu yolun bağlanılmasının səbəbi isə Ali-Səud şahzadələrinin yolunu açmaqdan ibarət imiş.

http://iqna.ir/fa/news/3484396


captcha