IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.az-a istinadla xəbər verir ki, Terrorla Mübarizə Şöbəsi
briqadalarına İŞİD terrorçularının Türkiyədə terror törədəcəyi məlumatı daxil
olub. Bundan sonra hərəkətə keçən polis və xüsusi təyinatlılar 4 İŞİD
terrorçusunu həbs edib. Saxlanılan 4 nəfərdən birinin aparılan araşdırmalar
zamanı Ankara Gar meydanında təşkil olunan terrorla əlaqəli olduğu müəyyən
edilib.
Axtarış zamanı həmçinin bomba yüklü maşınla terror
törədəcəkləri müəyyən edilən daha 2 nəfər də saxlanılıb.