IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.az-a istinadla xəbər verir ki, S.Haqdadov deyib ki, Tacikistan həmişə İran kinolarından bəhrələnir. "Ölkədə hər il 100 film nümayiş olunarsa əminliklə deyə bilərəm ki,bu filimlərin yarısı İran kinosudur.”.
O, yaxın vaxtlarda Tacikistanda İran qısa və uzun metrajlı filim, cizgi filmi və seriyallarının festivalı keçiriləcəyini bildirib və deyib ki, ümid edirəm cənab Məcidi də öz filmi ilə bu festivalda iştirak edəcək.
S.Haqdadov İran və Tacikistan Kinematoqrafçıların müştərək təlim seminarlarının da keçiriləcəyini də vurğulayıb.