İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "anadolu" xəbər agentliyinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Mehmet Görməz - Türkiyə Dini İşlər Təşkilatının rəisi, Cümə günü, 01.04.2016, Cümə namazı mərasimində vurğuladı ki, İslam Orta Şərqi xarabalığa çevirən terrorizmi və təkfirçi təfəkkürünü tamamilə rədd edir. Buna görə də müsəlmanlar özlərini "müsəlman" adlandıran terrorçu ünsürlərin cinayətlərinə görə kimdənsə üzürxahlıq etməli deyil.
Amerikanın Meriland şəhərində yeni təsis edilmiş "Dini İşlər Mərkəzi"nin binasında minlərlə müsəlmanın iştirakı ilə qılınan Cümə namazında çıxış edən Mehmet Görməz - Türkiyə Dini İşlər Təşkilatının rəisi, dedi: Müsəlmanlar özlərini "müsəlman" adlandıran terrorçu ünsürlərin cinayətlərinə görə kimdənsə üzürxahlıq etməli deyil. Siz başınızı uca tutun, cinayətkarların din adına bulaşdıqları əməllərə görə siz utanmamılısınız.
Mehmet Görməz - Türkiyə Dini İşlər Təşkilatının rəisi, əlavə etdi: Biz hamımız bilirik ki, bəşəriyyət əleyhinə törədilən cinayətlərin heç biri üçün İslami mətnlərdə dəlil və səbəb tapıla bilməz. Nə Quran-Kərimdə və nə də İslam Peyğəmbərinin (s) sünnəsində bu cinayətləri təsdiqləyəcək dəlil yoxdur.
Türkiyə Dini İşlər Təşkilatının rəisi müsəlmanlara tövsiyə etdi ki, mötədil İslam xəttindən kənara çıxmasınlar və digər dinlər və məzhəblər ilə anlaşıqlı davransınlar.
O vurğuladı: Terrorçuların təbliğ etdiyi ideologiya təqvalı insanların qəlbində və zehnində yer tapa bilməz.
http://iqna.ir/fa/news/3485133