IQNA

Samirra İmam Hadininin (ə) matəmində qaraya boyandı

16:44 - April 11, 2016
Xəbər sayı: 3480324
Tehran, 11.04.2016 - İmam Hadi (ə) şəhadətinin ildönümü münasibəti ilə İmam Hadi və İmam Həsən Əskərinin hərəmini (ə) ziyarət etmək üçün çox sayda Əhli-Beyt (ə) aşiqi Samirraya səfər edib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İmam Hadi (ə) şəhadətinin ildönümü münasibəti ilə İmam Hadi və İmam Həsən Əskərinin hərəmini (ə) ziyarət etmək üçün çox sayda Əhli-Beyt (ə) aşiqi Samirraya səfər edib.

İraq Şiələrinin Vəqflər İdarəsi elan edib ki, İmam Hadi (ə) şəhadətinin ildönümü münasibəti ilə Hərəmeyn Əsgeriyeyni (ə) ziyarət etmək üçün çox sayda Əhli-Beyt (ə) aşiqi Samirraya səfər edib.

İraq Şiələrinin Vəqflər İdarəsinin sədr müavini Sami əl-Məsudi deyib ki, ötən gündən başlayaraq İraqın müxtəlif əyalətlərindən Əhli-Beyt (ə)aşiqləri Samerriya gəliblər. Hazırda həmin zəvvarlara xidmət göstərilməsi və təhlükəsizliklərinin təmini üçün işlər davam etdirilir.

"60 min ziyarətçi və 300 ziyarət karvanı ciddi təhlükəsizlik tədbirləri sayəsində Samirraya daxil ola biliblər”, - deyə İraq Şiələrinin Vəqflər İdarəsinin sədr müavini Sami əl-Məsudi bildirib ki, "ziyarətçilərin daşınması üçün İraq Şiələrinin Vəqflər İdarəsinin 50 avtomobilindən əlavə olaraq, Xalq Təsərrüfatı nazirliyinin 150 maşını da xidmət cəlb edilib”

Samirra İraqın Səlahəddin əyalətinin böyük şəhərlərindən biridir. Bu şəhərdə İmam Əli Ən-Nəqi (ə) və İmam Həsən Əsgərinin (ə) məqbərəsi yerləşir.

http://iqna.ir/fa/news/3487447


captcha