İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) http://president.ir/ xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının prezidenti Höccətul-İslam vəl-müslimin Dr. Həsən Ruhani keçən cüməgecəsi Türkiyənin baş naziri Davudoğlu ilə görüşündə dedi: İƏT müsəlmanlar üçün ümid mərkəzi ola biləcəyi halda, təəssüflər ki, indiyədək öz rolunu yaxşı ifa edə bilməmişdir.
Dr. Həsən Ruhani əlavə etdi: Gərək hamılıqla əl-ələ verək ki, bu beynəlxalq təşkilatdan İslam dünyasının və müsəlmanların vəhdəti və gücləndirilməsi üçün istifadə edək.
İran İslam Respublikası prezidenti Həsən Ruhani Ankarada Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşdə əlavə edib: Sanksiyasonrası fürsətdə iki ölkənin mövcud imkan və potensiallarından maksimum istifadə və Tehran-Ankara əlaqə və əməkdaşlıqlarının hərtərəfli şəkildə gücləndirilməsi və möhkəmləndirilməsi zəruridir.
İranın icra hakimiyyətinin başçısı İran və Türkiyə dövlətlərinin əlaqələri genişləndirmək üzrə iradələrinə toxunaraq, deyib: İran və Türkiyə qarşılıqlı anlaşma və həmkarlıqla bir çox regional problemin həllinə kömək edə bilərlər.
Ruhani iki ölkənin özəl sektorlarının daha çox həmkarlıq etməyə təşviq olunmalarını zəruri adlandırıb və deyib: İran və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıqlarını genişləndirməklə iki ölkə əlaqələri həcminin otuz milyard dollara çatması hədəfini reallaşdıra bilərlər.
İranın icra hakimiyyətinin başçısı həmçinin Türkiyə rəsmilərinin İslam Əməkdaşlıq Təşkilatının 13-cü sammitini keçirmək üzrə səylərinə görə təşəkkür edib və ümidvarlıq edib ki, Türkiyənin bu təşkilata sədrliyi dövründə islami ölkələrin birliyi və həmkarlığı genişlənəcək.
İran İslam Respublikası prezidenti sionizm və terrorizmi regionun və İslam dünyasının əsas problemi adlandırıb və belə vurğulayıb: Bütün islami ölkələr İslam dünyasının problem və ixtilaflarının həlli üçün çalışmalı və müsəlmanlara qarşı formalaşan fitnələr və İslamofobiya qarşısında müqavimət göstərməlidirlər.
Türkiyənin baş naziri də ölkəsinin İranla əlaqələri hərtərəfli surətdə genişləndirmək üzrə ciddi iradəsini vurğulayaraq, terrorçuluğu bütün region və dünya ölkələri üçün bir təhdid və problem adlandırıb.
http://iqna.ir/fa/news/3488958