IQNA

14 nəfər ölü və 25 nəfər yaralı;

Bağdadda zəvvarlara terror hücumu edildi

6:02 - May 01, 2016
Xəbər sayı: 3480395
Tehran, 01.05.2016 – Bağdad əyalətinin Nəhrəvan məntəqəsində şiə ziyarətçilər arasında bomba qoyulmuş maşının partladılması nəticəsində ən azında 14 zair ölüb və 25 nəfər yaralanıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Press TV peyk tv kanalına istinadla verdiyi xəbərə görə, dünən səhər, şənbə günü, Aprel ayının 30-da Bağdad əyalətinin Nəhrəvan məntəqəsində şiə ziyarətçilər arasında bomba qoyulmuş maşının partladılması nəticəsində ən azında 14 zair ölüb və 25 nəfər yaralanıb.

Xəbər agentlikləri bildiriblər ki, dünən səhər baş verən bu terror hücumu Bağdadın şimalında Nəhrəvan məntəqəsinin yollarından birində baş verib və onlarla insanın yaralanması və ölməsinə səbəb olub.

Bu xəbərə əsasən bu terror hücumunun qurbanları şiə zəvvarlar olublar. Bu ziyarətçilər piyada karvan ilə şiələrin 7-ci imamı Həzrət İmam Musa Kazimin (ə) şəhadətinin ildönümü məqsədilə keçirləcək mərasimdə iştirak etmək üçün O həzrətin dəfn olunduğu Kazimeyn şəhərinə gedirdilər.

Terrorun avtomobilə quraşdırılan partlayıcı qurğunun işə salınması nəticəsində baş verdiyi bildirilir. Yaralıların vəziyyətinin ağır olması ölü sayının artacağını istisna etmir.

http://iqna.ir/fa/news/3493357


Teqlər: iqna ، bağdad ، kazimeyn ، imam kazim
captcha