IQNA

İŞİD Orta Asiyada möhkəmlənməyə çalışır

9:39 - May 01, 2016
Xəbər sayı: 3480400
Tehran, 01.05.2016 - Terrorçular Əfqanıstan və bəzi region ölkələri ərazilərində təlim düşərgələrinin böyük bir şəbəkəsini yaradırlar.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamAzeri.az saytına istinadən xəbər verir ki, "Baş Kəşfiyyat İdarəsinin” rəis-müavini Sergey Afanasyev bildirib ki, İŞİD terrorçuları regionun mübahisəli potensialından istifadə edərək, Orta-Asiyada möhkəmlənmək istəyirlər.

Onun sözlərinə görə, İŞİD millətlərarası və dinlərarası münaqişələrin kəskinləşməsindən istifadə etmək istəyirlər.

Bundan əlavə, Afanasyev qeyd edib ki, terrorçular Əfqanıstan və bəzi region ölkələri ərazilərində təlim düşərgələrinin böyük bir şəbəkəsini yaradırlar.

Qeyd etmək lazımdır ki, İŞİD cərgələrində Özbəkistandan 500, Tacikistandan isə 1000-dən çox terrorçu vuruşur.

captcha