IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews-a istinadla verdiyi xəbərə görə, İraqın Kürdistan bölgəsinin peşmərgə komandirlərindən Robin Rojbiyani verdiyi açıqlamada qeyd edib ki, İŞİD Mosulun şimalında Xazer bölgəsindəki peşmərgə qüvvələrinə kimyəvi silahla hücum edib.
Kimyəvi silah nəticəsində peşmərgə döyüşçülərinin nəfəs almaq problemi yaşadığı vurğulanıb.
Qeyd edək ki, İŞİD terrorçu qruplaşması bundan əvvəl də Suriya və İraqda dəfələrlə kimyəvi silahdan istifadə edib.