IQNA

İraq ordusu İŞİD-in mühasirəsini qırdı

11:46 - May 03, 2016
Xəbər sayı: 3480410
Tehran, 03.05.2016 – İraq ordusu Ənbar vilayətinin Hadisə və Bağdadi bölgələrindəki İŞİD mühasirəsini qırıb.
İraq ordusu İŞİD-in mühasirəsini qırdı


IQNA-nın (Beynəlq Quran Xəbər Agentliyi) Eastnews.org-a verdiyi xəbərə görə, İraq ordusu komandanı Əli İbrahim Ənbarın mərkəzi Ramadinin qərbində yer alan Hadisədən Bağdadi bölgəsini keçərək Hitə qədər uzanan ərazidə İŞİD blokadasının yarıldığını və ərazilərdə nəzarətin bərpa olunduğunu açıqlayıb.


 Ənbar əməliyyatları komandanı general-mayor İsmayıl əl-Mihlavi İraq ordusuna məxsus təyyarələrin Ənbarda İŞİD hədəflərinə qarşı hava hücumları təşkil etdiyini bildirib.

Ramadinin şimalındakı Əlbu Əssaf bölgəsində İŞİD-ə aid qərargahın hədəfə aldığını və 15 terrorçunun öldürüldüyünü bildirən Mihlavi, Fəllucanın qərbindəki Fəllahatda da təşkilata aid silah anbarlarının vurulduğunu, hücumda 14 terrorçunun öldürüldüyünü, 10-unun da yaralandığını deyib. İŞİD sözügedən əraziləri 2014-ci ildə nəzarət altına almışdı.

 

captcha