IQNA

Yəmənde terrorçu kamikadze zərərsizləşdirildi

12:15 - May 04, 2016
Xəbər sayı: 3480415
Tehran, 04.05.2016 – Bazarda özünü partlatmaq istəyən kamikadze yerindəcə zərərsizləşdirildi.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews-a istinadla verdiyi xəbərə görə, Yəmənin paytaxtı Sənada terrorçu kamikadze bazar yerində özünü partlatmaq istəyib.

"Ənsarullah” döyüşçülərinin çevikliyi nəticəsində özünü partlada bilməyən terrorçu yerindəcə öldürülüb.Terrorçunun alnından vurularaq öldürüldüyü bildirilir. Faktla bağlı Yəmən təhlükəsizlik qüvvələri araşdırma aparır.

Teqlər: yəmən ، terrorçu ، kamikadze
captcha