IQNA

Fransanın baş naziri:

“Trump pis adamdır”

13:03 - May 07, 2016
Xəbər sayı: 3480423
Tehran, 07.05.2016 – Fransa Baş naziri Manuel Valls, Trump üçün "pis bir insan" ifadəsindən istifadə edib.

IQNA - Fransa Baş naziri Manuel Valls, ABŞ-da prezident seçkilərində Respublikaçı Partiyadan namizəd olması gözlənilən iş adamı Trump üçün "pis bir insan" ifadəsindən istifadə edib.

Fransa Senatının televiziya kanalına danışan Valls, '' ABŞ-da baş verənlərə baxın, Donald Trump kiçik bir adamdır. Hətta onun üçün pis adam belə deyə bilərəm. ' deyə bildirib. Fransada radikal sağçı Milli Cəbhə Partiyası və Trump arasında paralellik quran Valls, demokratik cəmiyyətlər, qloballaşma və terror təhdidinin gətirdiyi problemlərlə mübarizə edərkən, dünyanın dörd bir yanında populizmin gücləndiyini qeyd edib. Valls, əvvəllər də Trumpı müsəlmanlarla bağlı sözlərinə görə tənqid etmişdi.

Mənbə: eastnews

captcha