IQNA

Afrikanın ən böyük məscidi Əlcəzairdə inşa edilir

9:22 - May 08, 2016
Xəbər sayı: 3480425
Tehran, 08.05.2016 – Əlcəzairdə 120 minlik insan tutumuna malik olan Afrikanın ən böyük məscidinin inşası davam etdirilir.

Afrikanın ən böyük məscidi Əlcəzairdə inşa edilir

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, tikintisi paytaxt Əlcəzairdə 2012-ci ildə başlayan və bu günə qədər 1.2 milyard avro xərclənən Əlcəzair Cümə Məscidinin minarəsi 265 metr hündürlüyündə dünyanın ən hündür minarəsi olacaq.

Məscidin kitabxanasının 1 milyon kitab tutumu olacaq. Tikintisinin böyük hissəsi başa çatan məscidin 2017-ci ilin sonunda açılması planlaşdırılır.

Mənbə: eastnews

captcha