IQNA

İran və Azərbaycanın dini həmkarlıqları genişləndirilir

13:01 - May 14, 2016
Xəbər sayı: 3480453
Tehran, 14.05.2016 – İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəisinin Azərbaycanın Dini İşlər Komitəsinin sədri ilə görüşündə iki ölkənin əlaqələrinin genişləndirilməsi barədə müzakirə aparıldı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) " İslami Əlaqələr və Mədəniyyət Təşkilatı"nın informasiya portalına istinadla verdiyi xəbərə görə, İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəisinin Azərbaycanın dövlət yanında Dini İşlər Komitəsinin sədri ilə görüşündə iki ölkənin dini və mədəni əlaqələrinin genişləndirilməsi barədə müzakirə aparıldı.

Bu xəbərə əsasən Əbuzər Türkəmani - İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəisi, cari hətfənin cüməaxşamı günü, may ayının 12-də Azərbaycan respublikasına səfəri çərçivəsində Azərbaycanın dövlət yanında Dini İşlər Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüb.

Əbuzər Türkəmani - İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəisi, görüşün ilk anlarında İran və Azərbaycanın dini, tarixi və mədəni əlaqələrindən və müştərək dini və mədəni dəyərlərindən söz salaraq bu əlaqələrin genişləndirilmsəinin arszusunda olduğunu bildirib.

İranın Mədəniyyət İnqilabı Ali Şurasının üzvü olan cənab Əbuzər Türkəmani düşmənlərin müsəlmanlar arasında ifratçıların vasitəsilə nifaq və təfriqə yaratmaq fikrində olduqlarına və Bakı və Tehran arasında 50 həmkarlıq sənədinin imzalanmasının əvəzsiz olduğuna işarə edərək, belə bir vəziyyətdə iki qonşu ölkənin hərtərəfli əlaqələrinin əvvəlkindən daha da çox sıxlaşmasının və genişləndirilməsinin zəruri olduğunu vurğulayıb.

Əbuzər Türkəmani - İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəisi və İranın Mədəniyyət İnqilabı Ali Şurasının üzvü, bu görüşdə Azərbaycanın Dini İşlər və Qrumlarla İş Komitəsinin sədri Mübariz Qurbanlını iki ölkənin mədəni və dini əlaqələrinin genişləndirilməsi yönündə yolların axtarılması və fikir mübadiləsi üçün İrana səfərə dəvət edib.

Mübariz Qurbanlı bu görüşdə İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəisi ilə Azərbaycanın mərhum prezidenti Heydər Əliyev və hazırkı prezident İlham Əliyevin iki ölkənin əlaqələrini hərtərəfli inkişafı üçün atdıqları addımlardan, dini məkanlara ayırdıqları xüsusi diqqətdən və İŞİD kimi terrorist və təkfirçi qruplarla mübarizə aparıldığında da danışıb.

İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəisi bu üçgünlük səfər çərçivəsində Azərbaycanın Mədəniyyət və Turizm Naziri Əbəlfəz Qarayev, Azərbaycan prezidentinin milli məsələlərdə müşaviri, Qafqaz müsəlmanları idarəsinin məsulları ilə görüşlər keçirəcəkdir və Azərbaycanın Milli Elmlər Akademiyası və Bakı Dövlət universitetində olacaq və həmçinin Bakıda İranın kino günləri mərasiminin açılışında iştirak edəcəkdir.

http://iqna.ir/fa/news/3497753


captcha