IQNA

Əbu Bəkr Bağdadinin ən çox etibar etdiyi İŞİD komandiri öldürüldü

13:33 - May 19, 2016
Xəbər sayı: 3480469
Tehran, 19.05.2016 – İŞİD terror təşkilatının rəhbəri Əbu Bəkr Bağdadinin ən çox etibar etdiyi komandirlərdən biri olan Əbu Xatəm Əbu Ömər ləqəbli Tariq Xələf Abdullah öldürülüb.

Beynəlxalq Quran Xəbər Agentliyi (IQNA) - Tariq Xələf Abdullahın Suriyanın Deyr əz-Zor vilayətində ordu qüvvələri tərəfindən öldürüldüyü bildirilib.

O, Suriya ordusuna və kürd YPG qüvvələrinə qarşı terror əməliyyatlarına rəhbərlik edib.

Bundan bir ay öncə İŞİD-in ləqəbi Əbu Məhəmməd əl-Ənsari olan Mustafa əl-Hədəvi adlı əsas komandirlərindən biri zərərsizləşdirilmişdi.

http://eastnews.org/news/1829

captcha