
IQNA - İranın
Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amuli Laricani İslam İnqilabının
Rəhbəri Ayətullah Xameneiyə bir məktubda
şaban bayramları, həmçinin Xürrəmşəhrin azad olunmasının ildönümünün gəlib
çatması münasibəti ilə Məhkəmə Hakimiyyətinin əfv və bağışlanma mərkəzi
komissiyasında lazımi şəraitə malik olduğu müəyyənləşən 669 məhbusun əfvi və ya
cəzasının yüngülləşdirilməsini təklif edib.
Bu təklif İslam İnqilabının Böyük Rəhbəri tərəfindən qəbul olunub.
SəhərTV