IQNA

İraq ordusunun İŞİD-ə qarşı Fəllucə əməliyyatı davam edir

11:36 - May 24, 2016
Xəbər sayı: 3480488
Tehran, 24.05.2016 - İraq ordusunun Əl-Ənbar əyalətinin Fəllucə şəhərinin azad edilməsi istiqamətində anti-terror əməliyyatı uğurla davam edir.

İraq ordusunun İŞİD-ə qarşı Fəllucə əməliyyatı davam edir


IQNA - 20 min əsgər və könüllünün qatıldığı Fəllucə əməliyyatı uğurla davam edir. İŞİD-in işğalında olan bir neçə qəsəbə, o cümlədən Fəllucə şəhərinin xəstəxanası və ətraf küçələr terrorçulardan təmizlənib.

Digər məlumata görə, İraq ordusu sement zavodu, Şitayker fabriki, depolar, o cümlədən Cisr Ət-Tayfa adlı körpüsü və Fəllucənin şərqindən 13 km aralı olan Kərma (Garma) şəhərinin yaxınlığındakı böyük əraziləri İŞİD-dən təmizləyib.

Xatırladaq ki, İraq ordusu hava şarları vasitəsilə mülkü vətəndaşların Fəllucədən çıxması üçün xəbərdarlıq vərəqləri yaymışdı.

İslamazeri

captcha