
IQNA - 20 min əsgər və könüllünün qatıldığı Fəllucə
əməliyyatı uğurla davam edir. İŞİD-in işğalında olan bir neçə qəsəbə, o
cümlədən Fəllucə şəhərinin xəstəxanası və ətraf küçələr terrorçulardan
təmizlənib.
Digər məlumata görə, İraq ordusu sement zavodu, Şitayker fabriki, depolar, o cümlədən Cisr Ət-Tayfa adlı körpüsü və Fəllucənin şərqindən 13 km aralı olan Kərma (Garma) şəhərinin yaxınlığındakı böyük əraziləri İŞİD-dən təmizləyib.
Xatırladaq ki, İraq ordusu hava şarları vasitəsilə mülkü vətəndaşların Fəllucədən çıxması üçün xəbərdarlıq vərəqləri yaymışdı.
İslamazeri