
IQNA - Tədbirin
təşkilatçılarının əsas məqsədi baş geyimlərinin (Hicab) təbliği olub. Hədəf
auditoriyası hicab geyinməyən və dünyavi həyat tərzi sürən xanımların özlərini
hicabda görməsi və baş örtükləri barədə məlumat almaları olub. Tədbirdə 200-dən
çox xanım iştirak edib.
Tədbir iştirakçıları gördükləri mənzərədən pozitiv emosiyalara qapılıblar. Hətta, onlardan bəziləri özlərini hicabda görərək, sevincdən ağlayıblar. Daha sonra, fikirlərini tədbir təşkilatçıları ilə bölüşən xanımlar, hicab barəsində sualları onlara unvanlayıblar.
Xanımlardan bir çoxu əvvəllər özlərini hicabsız düşünsələr də, artıq hicab bağlayacaqlarını və hamının baş geyimlərdən istifadə etməsini istəyiblər.
İştirakçılar arasında elələridə tapılıb ki, elə tədbir zamanı hicaba keçərək, mağaza tərəfindən pay verilən baş örtüyü ilə evlərinə yollanıblar.
maide.az