
IQNA - İraqlı
komandirlər elanedib ki, bu gün səhər Fəllucə şəhərinin azad olunması məqəsdi
ilə keçirilən əməliyyatın ikinci mərhələsində ordu qüvvələri 3 istiqamətdən
Fəllucə şəhərinə girib.
Məlumata görə, Fəllucənin qərbində Əl-Nieymiye bölgəsində partlayış və atışma səsləri eşidilir. Fəllucə şəhərinin mühasirəsinin qırılmasına dair əməliyyat ötən həftə İraqın baş naziri Heydər Əl-İbadinin göstərişi ilə başlayıb. Əməliyyat müxtəlif istiqamətlərdən aparılır və Fəllucənin şərq və cənub bölgəsində ordu qüvvələri xeyli bölgələri azad ediblər.
Əməliyyatda İraq ordusu, federal polis, könüllülər və qəbilələrdən 22 min nəfər iştirak edir. Deyilənə görə, Fəllucə şəhərində İŞİD-in min üzvi qalıb. Fəllucə şəhəri Bağdadın 50 kilometr qərbində Anbar əyalətində yerləşir. Bu şəhər 2014-cü ildən İŞİD-in işğalındadır. Fəllucənin 300 min əhalisi var idi və hazırda bu şəhərdə 50 min nəfər dinc sakinin olduğu bildirilir (maide.az).