IQNA

"Terrora qarşı mübarizə üçün ciddi beynəlxalq iradə olmalıdır"

10:39 - May 31, 2016
Xəbər sayı: 3480512
Tehran, 31.05.2016 - Bu sözləri İran xarici işlər nazirinin Yaxın şərq və Şimali Afrika üzrə müavini Hüseyn Əmir Əbdüllahian bildirib.



IQNA - İran xarici işlər nazirinin Yaxın şərq və Şimali Afrika üzrə müavini Hüseyn Əmir Əbdüllahianın sözlərinə görə, onun ölkəsi üçün mühüm prioritetlər siyasi nizamlama, regional əməkdaşlıq və terrorizmə qarşı ciddi mübarizədir.

O, terrora qarşı mübarizəyə yönəldilmiş məsləhətçi cəhdlərin davam etdirilməsinin əhəmiyyətini qeyd edib. Belə ki, bu təhlükəsizliyin və regionun, o cümlədən ümumilikdə bütün dünyadakı ölkələrin sabitliyinin bərpa edilməsi prosesinə yardım edir.

Əbdüllahian İSNA agentliyinə belə deyib: "Əgər terrora qarşı mübarizə üçün ciddi beynəlxalq iradə olsaydı, gələcəkdə terrorçuların mövcudluğu üçün regionda yer olmazdı”.

O əlavə edib ki, Suriya və İraq ordularının və onları dəstəkləyən qüvvələrin qələbələri olmadan, Qərbi Asiya regionunda bir dənə də təhlükəsiz məntəqə olmazdı.

İran rəsmisi Suriyada və İraqda fəaliyyət göstərən terrorçulara olan maliyyə və silah yardımını pisləyərək, qeyd edib ki, terrorçuların dəstəkçiləri və ilhamçıları özlərinə də ziyan vuraraq region və dünyadakı təhlükəsizliyi təhdid altına alırlar.

islamazeri

captcha