İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rəcəb Təyyib Ərdoğan – Türkiyə cümhuriyyətinin prezidenti, həftənin 1-ci günü, May ayının 30-da, İstambul şəhərinin Maarifləndirmə və Təlim Mərkəzində "Qadın Günü" münasibəti ilə keçirilən toplantıda etdiyi çıxışında cəmiyyətdə nəsil artımını kontrol etmək layihəsini pisləyərək vurğuladı ki, nəsil artımını kontrol etmək siyasəti İslami sünnə və ənənəyə ziddir.
Rəcəb Təyyib Ərdoğan təkid etdi: Müsəlman ailələri öz nəsil artırma proqramlarını kontrol etməməli və nəsil artımının qarşısını almamalıdır.
O dedi: Biz müsəlmanlar övladlarımızın sayını çoxalatmalıyıq. Heç kim bu məsələdə Allahın işinə dəxalət etməməlidir.
Ərdoğan qadınların cəmiyyətdəki dəyəri və məsuliyyətindən danışıraq vurğuladı: Cəmiyyətdə ən mühüm vəzifə analıq vəzifəsi və ana olmaq məsulliyyətidir.
Feminist qruplar və siyasət adamları Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın bu çıxışını və nəsil artımı barədə fikrini qadın və kişi bərabərliyinin qərbi anlamının ziddinə olduğunu deyərək tənqid ediblər.
Qeyd edək ki, Rəcəb Təyyib Ərdoğan 2014-cu ildə də cəmiyyətdə nəsil artımını kontrol etməyi və qarşısını almağı xəyanət saymış və bunu müsəlmanların məhvi adlandırmışdı.
Rəsmi hesabata görə Türkiyənin cəmiyyəti hazırda 78 milyon nəfərdir ki, bu say 2000-ci ildə 68 milyon nəfərdən az idi.
http://iqna.ir/fa/news/3502721