IQNA

İsveçrədə islamofobiya pik həddə çatıb

12:58 - June 09, 2016
Xəbər sayı: 3480539
Tehran, 09.06.2016 - Federal İrqçilik Komissiyasının sədri Martin Brunşviq İsveçrədə bir il ərzində müsəlmanlara qarşı irqçilik və ayrı-seçkilik əməllərində artım olduğunu deyib.
İsveçrədə islamofobiya pik həddə çatıb

IQNA - İsveçrədə irqçi hərəkətlərin başlıca səbəbinin Avropada baş verən miqrasiya və terror aktları olduğunu qeyd edən Martin Brunşviq irqçiliyin son bir il ərzində İsveçrədə davamlı artım meylində olduğunu qeyd edib.

İrqçiliyin müsəlmanlara qarşı olduğunu vurğulayan Martin, bunun dünyada, xüsusilə də Avropada ‘İslamçı’ terror təşkilatlarının törətdikləri qəddar aksiyalardan qaynaqlandığını bildirib: "Komissiyamızın hazırladığı hesabatı təcili olaraq müvafiq orqanlara göndərdik və lazımi tədbirlərin görülməsini də hesabatda təklif etmişik.

Ötən il irqçiliklə bağlı 240-ə yaxın fakt vardı. İndi 2016-ci ilin ilk 5 ayının sonunda bu hadisələrin 240-dan daha çox olduğunu görürük və ilin sonunda da neçə hadisəyə olacağı məlum deyil”.

http://eastnews.org/news/2490

captcha