IQNA

Donald Trampdan müsəlmanlar əleyhinə daha bir çağırış

10:14 - June 14, 2016
Xəbər sayı: 3480548
Tehran, 14.06.2016 - ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp özünün "Twitter" səhifəsində növbəti dəfə müsəlmanları ABŞ-a buraxmamağa çağırıb.

Donald Trampdan müsəlmanlar əleyhinə daha bir çağırış


IQNA - Donald Tramp bildirib ki, "Orlandoda baş verənlər başlanğıcdır. Bizim rəhbərliyimiz isə zəif və səriştəsizdir. Mən bundan əvvəl də qadağaya dair bəyanatlar vermişdim.

Biz hər zaman belə hadisələrə hazır və sərt olmalıyıq". Tramp, terror aktından sonra dövlət başçısı Barak Obamanı istefaya getməyə, demokrat rəqibi Hillari Klintonu isə seçkiqabağı kampaniyadan çıxmağa çağırıb.

eastnews

captcha