
IQNA - 23 nəfər
15 il müddətinə azadlıqdan məhrum ediliblər, daha 1 nəfər isə ömürlük
azadlıqdan məhrum edilib.
Bəhreynin məhkəmə orqanları iddia edir ki, ittiham olunan şəxslər Bəhrey silahlı qüvvələri xidmətçilərinə qiyama və öz hərbi vəzifələrini yerinə yetirməkdən imtina etməyə səsləyiblər, həmçinin Bəhreyn ərazisində partlayış və diversiyaların həyata keçirilməsi üçün agentlər toplayıblar.
Eyni zamanda, Bəhreyn ictimaiyyətində, şeyx İsa Qasimin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı xalq narazılığı artır.
Cümə axşamı günü, minlərlə bəhreynli Xəlifə rejiminin tanınmış şiə alimi şeyx İsa Qasimə qarşı qəbul etdiyi qeyri-insani qərara etiraz edərək, ölkənin müxtəlif şəhər və kəndlərində nümayişlər keçiriblər. Bəhreynli nümayişçilər qeyd ediblər ki, ölkədəki hazırki vəziyyətin məsuliyyətini Xəlifə rejiminin başçıları daşımalıdırlar.
Xəlifə rejiminin təhlükəsizlik qüvvələri bir neçə rayonda göz yaşardıcı qazlardan istifadə edərək, Bəhreyn xalqının bir neçə küçə aksiyalarını dağıdıblar.
maide.az