IQNA - Bəhreyndə
baş verən hadisələrlə bağlı Moskva ruhaniləri bəyanat yayıb.
Bəyanatda
deyilir:
"Bəhreynin diktator rejiminin dünyanın heç bir qanunlarına uyğun gəlməyən hərəkətləri Rusiyanın Moskva şəhərində yaşayan azərbaycanlı müsəlmanları, xüsusən ruhaniləri çox narahat edir. Bu rejimin son rəzaləti dünya şöhrətli və əsl-nəcabətli bəhreynli Ayətullah Şeyx İsa Qasiminin vətəndaşlıqdan məhrum edilməsi olmuşdur. Diktator rejimin bu hərəkəti onun son nəfəsinin göstəricisidir. Biz Moskva ruhaniləri bu hərəkəti pisləyir və bütün aidiyyatı qurumlardan, xüsusən BMT-dən Bəhreyn rejiminin bu özbaşınalığının qarşısını almağı tələb edirik. Ali Xəlifə rejiminə tarixdən dərs almağı tövsiyə edirik”.(maide.az)