
IQNA - Dünyada islamofob əhval-ruhiyyənin yüksəlməsi hamı tərəfindən qəbul edilən bir faktır. Lakin, bu mövzuya dair statistik araşdırmalar çox az aparılır, elə buna görə də, islamofobiyasının hansı miqyasda olduğu haqda doğru şəkildə fikir yürütmək demək olar ki, mümkün deyil.
Vəziyyəti Britaniya "Tell MAMA” hüquq-müdafiə təşkilatının mütəxəssisləri düzəltmək qərarına gəliblər.
Araşdırma nəticəsində məlum olub ki, ötən il islamofob hücumlar 2014-cü ilə nisbətən 326 faiz daha çox olub; islamofob hücumların qurbanlarına əsasən müsəlman-qadınlar çevrilir, hücumu edənlərin böyük əksəriyyəti isə həddi-büluğa çatmamış xuliqanlar olur.
Bildirilir ki, hər 10-cu islamofob hücum təhsil müəssisəi divarları və ya ictimai nəqliyyatda baş verir.
"Statistikaya əsasən, müasir cəmiyyətdəki anti-müsəlman əhval-ruhiyyəsini təhlükəli miqyaslar alır. Ən təssüfləndirci isə odur ki, qorxaq nifrət yayanların qurbanlarına daha çox müdafiəsiz qadınlar çevrilir.", – deyə Tell MAMA təşkilatının başçısı Şahid Malik bildirir.
İslamazeri