
IQNA - Texas
ştatının Hyustan şəhərindəki Mədrəsə İslamiyyə Məscidi Nurun qarşısında meydana
gələn hadisə sübh namazında yaşanıb.
Məscidin sözçüsü Muhamməd İmaduddin, yerli mətbuata verdiyi açıqlamada, sübh namazı üçün gələn həkimin avtmobilini dayanacaqda saxladıqdan sonra məscidə tərəf gələrkən hücuma məruz qaldığı bildirilib.
"Hal-hazırda ölkədəki siyasi mühit çox qorxuducudur” deyən İmaddudin, bir həftə ərzində Hyustondakı müsəlmanları hədəf alan bir çox hücumun yaşandığına diqqət çəkib.
Maskalı olan təcavüzkarların həkimi əvvəlcə bıçaqladığını, daha sonra silahla vurduğunu deyən şahidlər təcavüzkarların hadisə yerindən piyada qaçdıqlarını dilə gətirib.
Hadisə ilə əlaqədar
araşdırma aparan polislər, iki güllə yarası alan həkimin vəziyyətinin hazırda
ağır olduğu üçün reanimasiyada saxlandığını və yaxşı olması üçün gözlədiklərini
bildiriblər. (Din.az)