IQNA

Azərbaycanda bu bölgələrdə mədrəsələr açılacaq

11:41 - July 05, 2016
Xəbər sayı: 3480592
Tehran, 05.07.2016 - “Bakı şəhərində və Azərbaycanın bir sıra bölgələrində yeni mədrəsələr fəaliyyətə başlayacaq”.
Azərbaycanda bu bölgələrdə mədrəsələr açılacaq


IQNA - Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

O bildirib ki, ölkə rəhbərliyi yeni mədrəsələrin açılması barədə tapşırıq verib:

"Mədrəsələrin yaradılması prosesinə Qafqaz Müsəlmanları İdarəsi rəhbərlik edir.

Ölkə rəhbərliyi bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də göstəriş verib. Dövlət Komitəsi də prosesdə iştirak edir.

Azərbaycanda yeni mədrəsələrin açılması istiqamətində intensiv hazırlıq işləri görülür”. (Din.az)

Teqlər: azərbaycan ، mədrəsə
captcha