IQNA

Azərbaycanda məscid yandı: qəsdən yandırıldığı deyilir

11:30 - July 16, 2016
Xəbər sayı: 3480610
Tehran, 16.07.2016 – Xəbərdə yanğın hadisəsinin gecəyarısı qeydə alındığı, naməlum səbəbdən alışan məsciddə pəncərə, xalça və dini kitabların yandığı deyilir.

Azərbaycanda məscid yandı: qəsdən yandırıldığı deyilir

IQNA - İyulun 15-də Hacıqabulun Atbulaq kəndində məscid yanıb. İslam.az APA-ya istinadla xəbər verir ki, dindarlar məscidin qəsdən yandırıldığı iddiasındadırlar.

Xəbərdə yanğın hadisəsinin gecəyarısı qeydə alındığı, naməlum səbəbdən alışan məsciddə pəncərə, xalça və dini kitabların yandığı deyilir.

Yanğının hansı səbəbdən baş verməsi hüquq-mühafizə orqanları və yanğına nəzarət xidməti tərəfindən araşdırılır.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında iyulun 15-də Hacıqabulun Atbulaq kəndində ümumi sahəsi 200 kv.m olan tikilinin pəncərəsi və içərisində 1 kv.m sahədə əşyaların yandığı bildirilir. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. (İslam.az)


captcha