IQNA

İraqın əd-Duləb ərazisi İŞİD-dən azad edilib

8:39 - July 19, 2016
Xəbər sayı: 3480619
Tehran, 19.07.2016 – Bu ərazidəki bütün yaşayış məntəqələri İraq ordusu və Xalq könüllülərinin nəzarəti altındadır.

İraqın əd-Duləb ərazisi İŞİD-dən azad edilib


IQNA - İraq ordusunun Ənbat əyalətindəki 7-ci diviziyasının baş komandanı Nouman Əbdül Zobay, Ər-Ramadi şəhərindən qərbdə yerləşən əd-Duləb rayonunun İŞİD terrorçularından təmizləndiyini elan edib.

O qeyd edib ki, bu ərazidəki bütün yaşayış məntəqələri İraq ordusu və Xalq könüllülərinin nəzarəti altındadır.

Daha əvvəl, iyul ayının 17-si ər-Ramadi şəhərindən şərqdə yerləşən əl-Xalidiyyə ərazisində İraq HHQ İŞİD terrorçularının mövqelərinə bir neçə hücumlar edib, nəticədə onlarla terrorçu öldürülüb və yaralanıb.(İslamazeri.az).

captcha