
IQNA - İŞİD
terror təşkilatı bildirib ki, Bavariyada qatarın sərnişinlərinə hücum etmiş əfqanıstanlı
qruplaşmanın yaraqlılarından biri olub.
Daha əvvəl bildirilirdi ki, şübhəlinin otağında onun İŞİD-lə əlaqədar olmağına dəlalət edən sənədlər, həmçinin əl ilə çəkilmiş İŞİD bayrağı aşkarlanıb.
Xatırladaq ki, dünən Troyxtlingen-dən Vyurtsburq-a gedən qatarda, yeniyetmə gənc əlində balta və bıçaqla bir neçə nəfərə hücum edib. O bir neçə nəfəri yaralayıb, yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisənin şahidi olmuş daha 14 nəfər isə şok halındadırlar, onlara psixoloji yardım göstərilir.