
IQNA - Başda
Ayətullah İsa Qasimin yaşadığı bölgə əd-Dərraz olmaqla, ölkənin bir çox yerlərində
etiraz aksiyası təşkil olunub.
Paytxat Mənamədə, əd-Diyə, Sitrə və digər şəhərlərdə iştirak edən etirazçılar, Ali-Xəlifə krallarının şəkillərini ayaq altına atıblar.
Bəhreynin nüfuzlu ruhanisi Ayətullah İsa Qasimin İranda olan nümayəndəsi, ölkədə baş verən son olaylara münasibət bildirib.
müqəddəs Qum şəhərində keçirilən məclisdə iştirak edən höccətül-islam vəl müslimin Abdullah Dəqaq deyib "Ali-Xəlifə rejimi, Ayətullah İsa Qasimi müdafiə edən və "Allahu əkbər” şüarlarından başqa silahları olmayan vətəndaşlarımıza hücum edir. Biz imam Hüseynin (ə) balalarıyıq və heç baxt zillətə boyun əymərik. Biz elə bu şüarlarımızla zalımları məhv edəcəyik. Bizim qələbəyə ümüdümüz var. Bunun üçün isə ölkədə birlik, sabitlik və dözümə ehtiyaclıyıq. Biz Bəhreyndə öz hərəkətlərimizə başlamışıq və geriyə dönüş yolları da bağlanıb.” (İslamazeri.az).