IQNA

Dünyanın ən kiçik Quranı haradadır?

8:05 - July 26, 2016
Xəbər sayı: 3480637
Tehran, 26.07.2016 – Dünyanın ən kiçik əlyazma Quran nüsxəsi 300 il öncəyə aiddir ki, hazırda Yəməndədir və tarixin ən nadir və bahalı əlyazma nüsxəsi sayılır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünyanın ən kiçik Quran nüsxəsi 300 il öncəyə, yəni, hicri-qəməri tarixi ilə 1100-cü ilə aiddir ki, hazırda Yəməndədir və tarixin ən nadir və bahalı əlyazma nüsxəsi sayılır.

Əl-Misravi xəbər portalının verdiyi xəbərə görə, bu qədim və ən kiçik əlyazma Quran nüsxəsinin uzunluğu 4.2 sm.-dir və hazırda dünyanın ən kiçik və qədimi nüsxəsi sayılır.

Yəmənin Mədəni İrsin və Əlyazmaların Qorunması və Yenilənməsi Mərkəzinin rəisi bu məsələyə işarə edərək dedi: Bu kiçik və qədim əlyazma Quran nüsxəsinin müəllifi və Yəmənin hansı regionunda yazılması hələ ki, tanınmaz və bilinməz olaraq qalır.

O dedi: Uzun zaman fasiləsində üzü və səhifələri köhnəlmiş bu Quran nüsxəsi məhv olmaq təhlükəsi ilə üz-üzədir və tez bir zamanda təmir olunması lazımdır ki, bu qiymətli və tarixi əsər gələcək nəsillərə də keçə bilsin.

Bu ən kiçik Quran nüsxəsi müxtəlif təbii rənglərlər bəzədilmişdir və haşiyələrinə işlənmiş nəqşlər bütün tamaşaçıları heyran edir.

http://iqna.ir/fa/news/3517671


Teqlər: quran ، yəmən ، ən kiçik quran ، iqna
captcha