Tehran, 31.07.2016 – Ötən gün Yəməndə Səudiyyə dəstəkli qüvvələr tərəfindən ölkənin cənub-qərbində yerləşən sufi müsəlmanların çoxəsrlik məqbərəsi məhv edilib.

IQNA - Anonimlik şərti ilə çıxış edən yerli mənbələr yaraqlıların paytaxt Səna şəhərindən 346 kilometr cənubda yerləşən Taiz şəhərinin Əşrəfiyə rayonundakı Şeyx Abdulhəq əl-Sudinin məqbərəsini hücuma məruz qoyduğunu bildirib.
Yaraqlılar sonradan türbəyə zərbələr endiriərək ciddi ziyan vurub və günbəz tamamilə dağıdılıb.