IQNA

Tbilisinin "Cümə" məscidində kitabxana yaradılır

10:43 - July 31, 2016
Xəbər sayı: 3480650
Tehran, 31.07.2016 – Tbilisidəki "Cümə" məscidində dünya və yerli yazıçıların kitablarından ibarət kitabxana yaradılır.

Tbilisinin


IQNA - Bu barədə Salamnews-a Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov məlumat verib.

O, kitabxana yaratmaqda məqsədin gəncləri maarifləndirmək və onlarda kitab oxumağa həvəs oyatmaq olduğunu bildirib: "Hələlik kiçik həcmdə də olsa, kitabxana təşkil etməkdə məqsədimiz soydaşlarımızın kitab oxumalarına şərait yaratmaq və bu vasitə ilə gənclərimizi kitab oxumağa həvəsləndirməkdir.”

R.İgidov əlavə edib ki, kitabxanada "Qurani-kərim"in azərbaycan və gürcü dillərində tərcüməsi, görkəmli din alimlərinin kitabları ilə yanaşı, azərbaycan və xarici yazıçı və şairlərin əsərləri də mövcuddur.

R.İgidov "Cümə" məscidindəki kitabxananı zənginləşdirməyin vacib olduğunu, oxucuların istifadə etmədikləri kitabları yeni yaradılan kitabxanaya hədiyyə etməyi məsləhət görüb.

O, bununla həm oxucuların sayının, həm də kitab oxumağa marağın artacağını bildirib.

Teqlər: tbilis ، cümə məscidi
captcha