Tehran, 06.08.2016 – Tehranın bu həftəki cümə xətibi Ayətullah Muhəmməd Əli Müvəhhidi Kermani olub.
IQNA - Sözlərinin
əvvəlində ölkədə yüksək maaş qalmaqalına toxunan imam cümə deyib: "Bu hadisələr
islamdan uzaqdır. İslamda verilən qərarların mənbələrindən biri də ağıldır.
Hansısa şəxslərin ayda bir dəfə, bir neçə saat işdə olub, meyvə yeyərək qərar
verməsini və bununla da yüksək maaş almasını ağıl qəbul edirmi? Bəziləri deyə
bilər ki, biz bu maaşların islama zidd olmasından xəbərsiz idik. Bəli, əgər
bilmirdinizsə üzürlüsünüz. Lakin bu pulları beytulmala qaytarmalısınız. Əli (ə)
özündən əvvəl paylanılan beytulmalı qeyri qanuni adlandırdı və geri qaytardı.
Bu pulların bir qisminin beytulmala geri qaytarıldığını eşitdik. Bunu edənlərə
təşəkkürümüzü bildiririk.”
Ali-Səudun
Həcc mərasimində cinayətlərinə toxunan imam cümə "Bu cinayətkarlara sözüm
var. Allah Quranda buyurur: "İnsanları məscidlərdə Allahın zikrini etməyə mane
olanlardan daha zalım kim ola bilər?”. Buna mane olanlar bilməlidirlər ki,
şiddətli əzaba düçar və müsəlmanların nifrətinə səvəv olacaqlar. Qurana əsasən
bu insanlar dünyada rüsvay olacaq, Qiyamətdə isə əzab görəcəklər. Belə olan
halda siz Qurana tabe olmağınızı necə iddia edə bilərsiniz?” - deyə
bildirib. (İslamazer.az).