IQNA

Həsən Ruhani Bakıda çıxış etdi:

"Terrorçuluqla mübarizədə müsəlmanlar birləşməlidir"

12:39 - August 08, 2016
Xəbər sayı: 3480676
Tehran, 08.08.2016 – Azərbaycana rəsmi səfər edən Həsən Ruhani din xadimləri ilə görüşdə vəhdətlə bağlı mühüm məsələlərə toxunub.



IQNA - Həsən Ruhani bildirib ki, bu gün din adı altında törədilən cinayətlərin əsl məqsədi İslamafobiyanı artırmaqdır: "Bu gün dünyada təəssüflər olsun ki, bir qrup terrorçunun və qatilin İslam düşmənləri tərəfindən dəstəkləndiyinin şahidi oluruq. Müsəlmanların bir-biri ilə toqquşmasına və gənc müsəlmanların yollarını azmasına icazə verməməliyik".

İslamın sülh və qardaşlıq dini olduğunu xatırladan Həsən Ruhani, cəmiyyəti təhlükəli təriqətlərdən qorumaq üçün din xadimlərinin boynuna ağır yük düşdüyünü diqqətə çatdırıb.

"Azərbaycanı və İranı bir-biri ilə möhkəm saxlayan İslam, Qurani-Kərim və Əhlibeytdir (ə)", deyən Həsən Ruhani iki ölkənin bir çox ortaq dəyərə sahib olduğunu bildirib.

Həsən Ruhani şiə və sünni müsəlmanların bir-biri ilə qardaş və İslam dünyasının parçası olduğunu qeyd edərək, terrorçuluğa qarşı bütün müsəlmanların birləşməsi lazım olduğunu vurğulayıb.

İŞİD-in İraqa hücum etməsinə də toxunan Həsən Ruhani belə danışıb: "İran İŞİD-in Bağdadı və Ərbili ələ keçirməsinə icazə vermədi. Dünyanın istənilən nöqtəsində müsəlmanların yardıma ehtiyacı olduğunu görsək onlara kömək etməyə çalışarıq. Çünki biz bu gün İslam dünyasının bu problemlərdən təmizlənməsini özümüzə vəzifə təyin etmişik".

eastnews

Teqlər: iqna ، İkna ، həsən ruhani ، bakı ، ruhani ، quran
captcha