IQNA
- Axirəz-zamanda baş verəcək olan hadisələrə? Qurana istinad edən imam-cümə
bildirib: "Quran bəzi ayələrində gələcəkdə baş verəcək hadisələrdə danışır.
Zülmlər, hiylələr və təhlükəsizliklər bu qəbildən olan hadisələrdir. Bu
hadisələrin pik həddi imamın (ə) zühuru zamanı baş verəcəkdir. Ali-Səud özünü
hərəmin xadimi olaraq təqdim edir. Bu rejim dünyanın başına hansı oyunları
açıb? Öncələr niqabda olsalar (pərdələnsələr də - red.) da, Allah onları ifşa
etdi. Onların Yəmənə etdiklərinə, İŞİD-ə verdikləri tərbiyəyə bir baxın! İslam
dünyasını məhv etmək istəyən ABŞ və İsrail rejimi bu gün bunu Ali-Səudunun pulu
ilə edir. Haqq hamıya bəlli olacaqdır. Kaş bütün dünya şiə kimi imamı (ə) gözləyəydi.
Onun diri olduğuna, məsələləri izlədiyinə və proqram hazırladığına
inanardılar.”
Ayətullah Kaşani İran xalqının bu düşüncəsi və vilayəti-fəqih nəzəriyyəsinə inanmasını bölgədə təhlükəsiz ölkə olmasının əsas şərtləri olaraq açıqlayaraq bildirib: "Mən islam dünyasına tövsiyə edirəm ki, rəvayətlərə xüsusi diqqət yetirsinlər. Xüsusən cümə günləri məscidlərdə bu məsələni xalqın diqqətinə çatdırsınlar. Düşmənin bizə nüfuz edə bilməyəcəyi şəkildə irəliləməliyik. Ayətullah Xameneinin də vurğuladığı məsələ məhz budur. Müsəlmanlar kasıb olmamalıdırlar.”