IQNA - Bunu
İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneinin baş müşaviri Əli Əkbər
Vəlayəti bildirib.
Vəlayəti bildirib ki, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Türkiyə
səfəri çox uğurlu alınıb:
"Yüksək səviyyəli səlahiyyətlilərlə görüşü və cümə namazına qatılması çox
dəyərlidir. Çevriliş cəhdi Türkiyənin dost və düşmənlərinin kim olduğunu
göstərdi. Onlar həqiqi dostlarının Səudiyyə Ərəbistanı və ABŞ deyil, İran
olduğunu anladı. İran-Türkiyə ittifaqının gündən-günə artacağına ümid edirəm.
Bu əlaqənin bölgə və xüsusilə Suriya mövzusunda inkişaf edəcəyinə ümid
edirəm."