Tahran, 18.08.2016 - “Şərq əl-Əvsət” qəzetinin məlumatına görə, bu tarixi məscid Səudiyyə Ərəbistanın Riyad şəhərinin 80 kilometr cənubunda yerləşən “Əl-Xərc” əyalətində tapılıb.

İQNA - Bu bölgədə arxeoloji qazıntılar
aparan səudiyyəli və fransalı arxeoloqlar Yəmamə bölgəsində bu böyük məscidin
qalıqlarını tapıblar.
Ekspertlər deyir ki, bu məscid Hicri Qəmərinin I-V əsrinə aiddir. Məscidin 3 üstüörtülü eyvanı, iki mehrabı və bir üstüaçıq həyəti var. Ehtimal olunur ki, həmin dövrdə bu məscid bəlkə də Məscidül-Nəbi və Məscidül-Haramdan sonra üçüncü ən böyük məscid olub.
Məscidin xüsusiyyətlərindən biri onun dairə formasında olan sütunlarıdır. Bu sütünların hər birinin eni 2 metrdir. Arxeoloji qazıntılar zamanı məscidin minarələrinin qalıqları da tapılıb. Bununla bərabər məscidin ətrafında yaşayı evlərinin olduğu da bildirilir.
Maide.az