İQNA Bildirilir ki,
əslən Əlcəzairdən olan sahibkar artıq bir neçə cəriməni ödəyib. Xatırladaq ki,
müvafiq cərimələr Fransanın 15 şəhərində tətbiq olunur.
O həmçinin hökumətin müvafiq "qanunu” pozan bütün müsəlman xanımların cərimələrinin ödənməsini öz üzərinə götürməyə niyyətlidir.
Maraqlıdır ki, artıq uzun illərdir Fransada yaşayan Nəkkazın özü burkininin geyilməsini dəstəkləmir, lakin hesab edir ki, demokratik cəmiyyətdə bu cür qanunların tətbiq edilməsi yolverilməzdir.
"Mən Fransa hökumətini vətəndaşların hüquqlarını pozduğunu görən zaman çek kitabçasını çıxarıram. Elə təəssürat yaranır ki, bu gün Fransada müsəlman olmaq qadağandır.”, - deyə Rəşid Nəkkaz bildirir.
Xatırladaq ki, o 2010-cu ildə "Azadlığın Qorunması Fondu”nu yaradıb. Fondun dəyəri 1 milyon avronu keçib.
Xatırladaq ki, 2016-və ildə burkinini müxtəlif ayrı bələdiyyələr səviyyəsində qadağan edilməsi cəhdi görülüb. Burkini geyərkən tutulmuş qadınlar 28 avro dəyərində inzibati cəriməyə məhkum edilirdilər. Baş nazir Manuel Vals bildirib ki, burkini Fransa Respublikasının dəyərlərinə ziddiyət təşkil edir.
İslamazeri