IQNA

"İslami mayo" Fransa Ali Məhkəməsində qələbə çaldı

23:22 - August 26, 2016
Xəbər sayı: 3480731
Tehran, 26.08.2016 – Fransanın Villeneuve-Loubet rayonunda İslami üzgüçülük geyiminin qadağan olunmasının ardınca Fransa Ali Baş Məhkəməsi bu qadağanın qeyri-qanuni olmsaı barədə qərar verdi.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "sulatne" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Fransanın Villeneuve-Loubet rayonunda İslami üzgüçülük geyiminin (mayo, bikini) qadağan elan olunmasının ardınca Fransa Ali Baş Məhkəməsi bu qadağanın qeyri-qanuni olması barədə qərar verdi və beləliklə "İslami mayo" (bikini) cəmiyyətdə öz qanuni yerini tuta bildi.

Məlumatda deyilir ki, Fransanın Ali Baş Məhkəməsi bu gün iclas keçirərək elan edib ki, bu günki qərar Villeneuve-Loubet rayonundakı qadağa ilə bağlı olsa da, bu hökm Fransanın otuza yaxın dəniz kənarı çimərliklərində də İslami bikiniyə qarşı elan olunmuş qadağalar haqqında keçərlidir.

Qeyd edək ki, Fransada İslami mayoya qarşı elan edilmiş qadağanın ardınca İnsan Hüquqları Aktivistlərindən bir qrupu bu qərarın əleyhinə şikayət ərizəsi tənzim edərək "İslami bikini qadağası"nı fərdi azadlıq hüquqlarının pozulması və məsul şəxslərinin öz qanuni səlahiyyət və ixtiyarlarını aşması kimi qiymətləndirmiş və bunu qadağan edən qrumlarının məsuliyyətə cəlb edilməsini istəmişdilər.

Ali Baş Məhkəminin bu qərarından sonra da bəzi vətəndaş və qrumlar hələ də İslami mayoya qarşı etirazlar edirlər.

Xatırladaq ki, bundan öncə bir müsəlman qadın Fransa polisi tərəfindən İslami mayo geyindiyi üçün fiziki təcavüzə məruz qalmış və hələ üstəlik hadisə zamanı ayaranan qalmaqala görə 11 yevro nağd cərimə də ödəmişdi.

http://iqna.ir/fa/news/3525528


Teqlər: iqna ، mayo ، İslami bikini ، fransa
captcha