IQNA

Səud rejimi zəvvarlara qarşı qaydaları sərtləşdirdi

12:47 - August 27, 2016
Xəbər sayı: 3480736
Tehran, 27.08.2016 - Səudiyyə Ərəbistanı həcc zamanı Məkkəyə lazımı sənədlərsiz gəlmiş zəvvarların müəyyən edilməsi üzrə işləri gücləndirmək niyyətindədir.

Səud rejimi zəvvarlara qarşı qaydaları sərtləşdirdi


İQNA bildirir ki, yerli polis şöbələrinin əməkdaşları artıq həcc təhlükəsizlik qüvvələrinin komandanının müavini Səud əl-Hileyvi və ictimai təhlükəsizlik üzrə direktor Osman əl-Muhricdən yazılı təlimat alıblar.

Sənəddə, xüsusilə, içərilərində həccə sənədsiz olan zəvvarların olduğu avtomobil axınlarının diqqətlə izlənilməsinin zəruriliyi haqda danışılır.

Qeyd etmək lazımdır ki, ötən il Səudiyyə Ərəbistanından lazımımi icazə kağızları olmadan Məkkəyə daxil olmaq istəyən 160 min zəvvar qovulub.

Qeyri-qanuni zəvvar qanunlarının sərtləşdirilməsindən sonra zəvvarlar iri cərimə, deportasiya və hətta həbs oluna da bilərlər.

Mənbə: İslamazeri

captcha