IQNA

Parisin şəhərətrafında restorator müsəlman xanımları məkandan qovub

10:19 - August 30, 2016
Xəbər sayı: 3480745
Tehran, 30.08.2016 – Restorator bunu “bütün müsəlmanların terrorçu olması” ilə əsaslandırıb.

Parisin şəhərətrafında restorator müsəlman xanımları məkandan qovub


İQNA - Parisin Tramble-an Frans şəhərətrafında yerləşən "Le Cenacle” restoranının sahibi iki müsəlman xanıma qulluq etməkdən imtina edib.

Hadisə yerli islam icmasının ciddi reaksiyasına səbəb olub.

İnterAz-ın RT-yə istinadla verdiyi xəbərə görə, Tramble-an-Fransda "Le Cenacle” məkanının sahib restorator Jan-Baptisti iki müsəlman xanıma xidmət etməkdən imtina etdikdən sonra rasizmdə ittiham ediblər. Bu barədə "Le Parisien” məlumat verir.

Qəzetin məlumatına əsasən, 2016-cı il Mişlen soraq kitabçasına daxil restoranda baş verib. Restorator müsəlmanlardan məkanı tərk etmələrini xahiş edib və bunu "bütün müsəlmanların terrorçu olması” ilə əsaslandırıb.

Münaqişə videomüşahidə kameraları tərəfindən qeydə alınıb. Sosial şəbəkələrdə yayılan video yerli islam icması tərəfindən narazılıqla qarşılanıb. Müsəlman icması üzvləri etiraz aksiyası təşkil edib. Restoran üzrxahlıq edib.

İnterAz

captcha