İQNA
- Bəyanatda islam alimlərindən və din xadimlərindən tələb olunub ki, ümmətin
taleyinə aid olmayana xırda məsələlərə getməsinlər və mənfi mübahisələrdən əl
götürsünlər. Bəyanatda bildirilib ki, bu kimi addımlar terrorçu qruplara öz
dağıdıcı missiyasını həyata keçirmək üçün imkan yaradacaq.
Əl-Əzhər şeyxi Əhməd ət-Təyyibin və onun başçılıq etdiyi nümayəndə heyətinin qatıldığı bu konfransda həqiqi "Əhli-sünnə vəl-Cəmaət"in fiqhi, etiqadi və əməli əsasları və qaydalarının nədən ibarət olduğuna aydınlıq gətirilib.
Kofransda çıxış edən əl-Əzhərin sabiq rəhbəri şeyx Əli Cümə bildirib ki əl-Əzhər heç vaxt radikalların və təkfirçilərin təsiri altında olmayacaq. O vurğulayıb ki əl-Əzhər heç vaxtı qiblə əhlini təkfir etməyib və həmişə buna qarşı çıxıb.
Həmçinin bəyanatda din pərdəsi altında radikal, nifrət hissi oyadan və təkfirçi düşüncələri yayanlara qarşı da cinayət işlərinin açılması təklif edilib.
İslaminSesi