IQNA

Bəhreyndə internet istifadəçiləri 70 il azadlıqdan məhrum edilib

14:13 - September 03, 2016
Xəbər sayı: 3480757
Tehran, 03.09.2016 - Ali Xəlifə rejimi Bəhreyn xalqına təzyiqlərin davamında ölkənin 40 internet istifadəçisi barəsində həbs qərarı çıxarıb. Onlar ümumilikdə 70 il azadlıqdan məhrum edilib.

Bəhreyndə internet istifadəçiləri 70 il azadlıqdan məhrum edilib


İQNA
xəbər verir ki, Ali Xəlifə rejim məhkəməsi 2012-ci ildən indiyədək bu şəxslər haqqında ümumilikdə 842 ay həbs qərarı çıxarıb.

Bəhreyn İnsan Haqları Mərkəzi tərəfindən cümə axşamı yayımlanan hesabatda bildirilir ki, 1995-ci ildən Bəhreyndə fəallar və rejim müxalifləri internetdən haqq sözlərini ifadə etmək üçün istifadə edirlər. Bəhreyn rejimi 2011-ci ildən "terrorizmlə mübarizə” iddiası ilə yüzlərlə saytı bağlayıb. Son iki ayda Bəhreyndə 20 min ailənin interneti kəsilib.

Maide.az

captcha