İQNA-nınn (Beynəlxalq Quran Xəbər Agentliyi) "alkafeel.net" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Kərbəlada Quran-Kərimin "iraqi qiraət üslubu" ixtisası üzrə təlim kursları başladı.
Bu kurslar Həzrət Əbəlfəzl Abbas (ə) hərəminin nəzdində fəaliyyət göstərən Darul-Quran əl-Kərimin idarəçiliyində olan Quran hafizləri və qariləri yetişdirən Quran-Kərim təlim dərnəyi tərəfindən keçirilir.
Hər həftənin cüməaxşamı günləri Həzrət Əbəlfəzl Abbas (ə) hərəminin səhn və eyvanında "Seyyidul-ma" (Su ağası) adı ilə təşkil olunan bu kurslarda 45 nəfər seçilmiş Quran qariləri bu üslubu öyrənmək üçün iştirak edir.
Bu kurslarda iştirak edənlərə Quran-Kərimin qiraət, tilavət, hifz, sout, ləhn, təcvid və s... qaydalar "iraqi qiraət üslubu" ilə öyrədilir.
Kurslarda İraqın tanınmış Quran təlimçiləri Hacı Əlauddin Həmud və Seyyid Heydər Cəluxan əl-Musəvi tədris edirlər.
Qeyd edək ki, Quran-Kərim qiraətində "iraqi üslubu" tanınmış fənlərdən biridir və hüzn, qüssə və təvazökarlıq kimi xüsusiyyətlərlə digər qiraət üslublarından seçilir. Necə ki, İmam Sadiq (ə) Quranın qiraəti barədə buyurur: " ان القرآن نزل بالحزن فاقرؤوه بالحزن - Quran-Kərim hüzn və qüssə ilə nazil olmuşdur, belə isə onu hüzn və qüssə ilə oxuyun".
http://iqna.ir/fa/news/3527945